Şəhid övladları üçün “Texno Qəhrəmanlar” master-klası keçirilib — FOTOLAR

SOSİAL 28 fevral 2025, 15:07
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının övladları üçün “Texno Qəhrəmanlar” master-klası təşkil edib.

Demokrat.az xəbər verir ki, AHİK-in “Abşeron” sanatoriyasında keçirilən əyləncəli və maarifləndirici tədbir özəl sektorla əməkdaşlıq çərçivəsində baş tutub.

Əvvəlcə master-klasda 5-14 yaş aralığında şəhid övladlarına informasiya texnologiyaları mütəxəssisləri robotların yığılması və idarə olunması üzrə təlim keçiblər.

Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlara start verilib, iştirakçılar kiçik mühərriklər, ötürücülər və mikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyük həvəslə qatıldığı yarışda alqoritm və komandada işləmək bacarıqlarını inkişaf etdiriblər.

Maraqlı və rəqabət şəraitində keçən yarışın qalibləri mükafatlandırılıb. AHİK-in sədr müavinləri - Musa Mirzəyev, Hikmət Osmanov və Qəzənfər Abdullayev uşaqları təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxından iştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına dəstək olublar.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top