Sabah Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq

SOSİAL 28 fevral 2025, 13:28
Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8 dərəcə şaxta olacaq.

Demokrat.az Milli Hidrometeorologiya Xidmətidən verilən məlumata əsasən havanın minimal temperaturunun Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar ölkə ərazisində bəzi yollar buz bağlayacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top