Politoloq: "Qaradağlı cinayəti Xocalıya hazırlıq mərhələsi idi"

GÜNDƏM 17 fevral 2025, 19:22
"1992-ci ilin fevral ayında erməniləri Qaradağlıda törətdikləri cinayət insanlığa, bəşəriyyətə qarşı cinayətdir. Çünki 100-dən çox azərbaycanlının əsir götürülməsinin, 50-ə yaxın dinc azərbaycanlının qətlə yetirilməsinin, evlərin, mülki obyektlərin talan edilib yandırılmasının başqa adı yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Bütün bunlar ermənilərin 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı başlatdıqları soyqrımın tərkib hissəsi, həm də ən dəhşətlisi olan Xocalıya hazırlıq mərhələsi idi. Onların 50-ə yaxın azərbaycanlını qətlə yetirməsi  gözümüzü qorxutmaq, azərbaycanlıları bu bögələrdən silmək məqsədi daşıyırdı. Qaradağlıda törədilən faciə öz miqyasına görə Xocalı faciəsindən geridə qalsa da, mahiyyətcə Xocalı ilə eyni sırada dayanır. Çünki hər ikisi etnik azərbaycanlıların milli, dini mənsubiyyətinə, ərazi iddialarına görə qətlə yetirilməsindən ibarətdir".

Politoloq bildirib ki, Xocalıdakı genosid prosesindən Qaradağlı və digər kəndlərimizdə törədilən cinayətləri ayırd etmək olmaz:

"Bu cinayətlərə komplex şəkildə baxılmalı, münasibət eyni olmalıdır. Yalançı erməni soyqırımdan fərqli olaraq bizim şahidi olduğumuz qətliamlar real tarixi həqiqətlərdir. Qaradağlı qurbanlarının xatirəsi bütün tarix boyu ermənilərə qarşı ittiham faktı kimi yaşayacaq. Dünya ictimaiyyəti təəssüf ki, nə Qaradağlıya, nə də Xocalıya lazımi qiyməti verdi. Bu faciələrin hüquqi sistemdə soyqırım kimi təzahür olunması yolunda lazım olan addımlar atılmadı. Dünya ictimaiyyəti erməni təəssübkeşliyi tərəfindən çıxış edir. Qaradağlıda törədilən cinayətin günahkarları gec-tez öz layiqli cavablarını almalıdırlar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top