Politoloq: "USAID-in ləğvi ilə bağlı fikir ayrılıqları var"

GÜNDƏM 05 fevral 2025, 19:04
"ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika üçün ciddi vəsait deməkdir. Agentliyə ən böyük vəsaiti elə Amerika özü xərcləyirdi. Bu xərclərdən qurtulmaq üçün USAID-in ləğvi haqqında qərar qəbul etmək niyyətindədirlər. Ancaq Tramp hələki qərarı qəbul etməyib və ABŞ dövlət katibinə həvalə edib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. 

"Çünki məsələdə Elon Mask ilə ABŞ dövlət katibi arasında fikir ayrılıqları mövcuddur. Hazırda görünür ki, fikir ayrılıqları ABŞ dövlət katibinin xeyrinədir. Trampın dövlət siyasəti əsasən artıa xərclərdən azad olmaqdır. USAID isə artıq xərcdir. Ona görə də məsələ aktual olaraq qalır. Tramp başqa məsələlərdə də radikal qərarlar qəbul edir. Hətta Bayden dövrünün bir çox qərarlarını da ləğv edib. Trampın əvvəlki vədləri üzrə proseslər artıq xərcləri aradan çıxarmaq üzərindən gedir".


Qeyd edək ki, USAID-in ləğvi bütün dünyada amerikalıları risk altında qoya bilər. 

Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top