Bələdiyyə seçkilərində seçicilərin sayı AÇIQLANDI

SİYASƏT 21 yanvar 2025, 16:54
118 dairə üzrə 685 bələdiyyəyə üzv seçiləcək.

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib

MSK sədri bildirib ki, bələdiyyə seçkilərindəki seçicilərin sayı ölkə üzrə seçicilərin sayından az olacaq. Onun sözlərinə görə, seçici siyahısında 5 milyon 961 min 625 nəfərin adı var.

Qeyd olunub ki, bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 3-ü keçmiş məcburi köçkün dairəsidir: "125 dairənin 7-si azad edilmiş ərazilərə düşür. Onlarda seçkilər keçirilməyəcək.

Buna görə bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top