Tramp ölüm hökmünü bərpa etmək istəyir — KİV

DÜNYA 20 yanvar 2025, 19:57
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyinin Co Bayden dövründə edamlara tətbiq etdiyi moratoriumunu ləğv edərək, federal səviyyədə ölüm hökmünü bərpa etməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi gələcək Amerika rəsmilərinə istinadla məlumat yayıb.

“Tramp federal səviyyədə ölüm hökmünü bərpa edəcək”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, dekabrın 23-də Bayden ölüm hökmündə olan 37 nəfərin cəzasını yüngülləşdirib. Belə ki, onlara qarşı cəzalar ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilib. Ağ Ev Baydenin bu qərarıni “tarixi əfv aktı” adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 yanvar 2025, 21:39
Top