Rusiyanın "Komsomolskaya pravda" qəzetində Azərbaycan əleyhinə material yayılıb. Dekabrın 25-də qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipajının dispetçerlərlə danışıqları dərc olunub.
"Правда" sözü Azərbaycancaya tərcümədə "həqiqət" deməkdir. Amma bu qəzetin adında "həqiqət" sözü olsa da, əsl mahiyyəti hələ də olduğu kimi ("комсомолская") qalır. Azərbaycana qarşı "oğru elə bağırdı ki..." üslubunda yazıdan da bu mahiyyət açıq-aşkar görünür.
Təbii ki, bu danışıqların yayılması məsuliyyəti tamamilə Rusiyanın üzərindən götürmək məqsədi daşıyır.
Bəli, "quşla toqquşma" və "oksigen balonunun partlaması" ifadələri təyyarə heyətinin dilindən çıxıb. Ancaq elə Rusiyalı aviasiya mütəxəssislərinin özlərinin də təsdiq etdiyi kimi, bunlar stress vəziyyətində deyilmiş ifadələrdir. Yerüstü xidmətlərlə danışan pilotlar o cür çətin situasiyada, bağlı kabinədə zədəli təyyarəni idarə etməyə çalışırdılar.
Pilot: "Deyəsən, oksigen balonu partladı" deyib. "Deyəsən" sözü var. Tam əmin deyil. Çünki salonda baş verənləri o an qiymətləndirmək imkanı yoxdur. Həmin məqamda pilotların, sadəcə və sadəcə, bir məqsədi var: təyyarəni yerə endirə bilmək.
Rusiya ilə dost münasibətlərdə olan Azərbaycanın pilotları ağıllarına gətirə bilməzdilər ki, onları yerdən raketlə vurublar, ya vura bilərlər.
İndi Rusiya tərəfdən sərgilənən davranış bir sual doğurur: "Qara qutu"ların tam oxunmasını, bütün araşdırmaların tam olaraq ortaya qoyulmasını gözləmədən belə bir "qabaqdangəlmişlik" kimə və niyə lazımdır?!
Azərbaycan əlindəki faktlara, sübutlara, sağ qalan sərnişinlərin, ekipaj üzvlərinin söylədiklərinə əsaslanır. Təyyarənin gövdəsinin üzərindəki o dəliklər bayırdan içəriyə doğru açılıb. Hansısa bir bərk cismin bayırdan təyyarənin füzelajını deşib içəri keçən fraqmentləri sərnişini, ekipaj üzvünü yaralayıb. Yaralanan heyət üzvü özü deyir: "Elə bil qolumu balta ilə çapmışdılar". Havada bu nə ola bilər? Cavab öz-özünə aydındır.
Pilotlarla yerüstü xidmətlərin danışıqlarını yayanlar iddia edir ki, Qroznı şəhərinə eniş üçün təyyarəyə icazə verilib. Amma sağ qalmış heyət üzvü isə deyir ki, qatı duman səbəbindən enmək mümkün olmadı. Təyyarəyə vurulmuş zədələr onu göstərir ki, artıq buradan geri uçmağa çalışan hava gəmisinə yerdən atəş açılıb. Rusiya mediası, onların arxasında duranlar bu versiyanı tamamilə istisna etməyə, dövriyyədən çıxarmağa çalışırlar.
Çox qəribə vəziyyətdir: Azərbaycan bəyan edir ki, təyyarə Rusiya ərazisində kənar (yerdən) müdaxilə nəticəsində zədələnib, idarəetməni itirib və qəzaya uğrayıb. Günlər keçir, Rusiya tərəfdən rəsmi heç bir reaksiya olmur. Əvəzində "quş versiyası" tam sürətlə fırladılır. Nəhayət, hadisədən 3 gün sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycanlı həmkarına zəng edir, üzr istəyir. Rusiyada bu hadisə ilə bağlı cinayət işi açıldığı bəyan olunur. Amma ardınca aşağı rəsmi səviyyələrdə, xüsusilə, media, sosial platformalar üzərindən Azərbaycana qarşı genişmiqyaslı, intensiv hücum başlanır. Yalan, böhtan, həqarətlər.
Mən bu məsələyə bir yazımda da toxunmuşdum. Əlavə olaraq, bəzi nüanslara nəzər salmaq istərdim. Rusiyanın birinci şəxsi, həm də Putin kimi prezident, xüsusi xidmət orqanlarında yetişib gəlmiş bir şəxs, faktlarla, informasiya ilə necə işləmək lazım olduğunu yaxşı bilən yüksək çinli kəşfiyyat zabiti boş yerə üzrxahlıq etməzdi. Deməli, onun qarşısına qoyulan faktlar, dəlillər üzr istəməkdən başqa yol qoymayıb.
Bəli, burada həm də siyasi məqsədəuyğunluq var: Rusiya prezidenti Azərbaycanla münasibətləri korlamaq istəmir. Çünki onsuz da dünyada, o cümlədən, postsovet məkanında Rusiya ilə səmimi dostluq, qonşuluq, tərəfdaşlıq münasibətləri saxlayan dövlətlərin sayı çox deyil; onlar getdikcə azalır.
Rusiyanın Ukraynada apardığı müharibə göz qabağındadır; Avropanın ən böyük ölkələrindən biri tarixin günorta çağında dövlət olaraq məhv oluur. Bir çox dövlətlər, xalqlar təbii olaraq düşünür: "Öz qardaşına bunları edən başqalarına nələr etməz?!" Ermənistan kimi Rusiya ilə çox yaxın - Moskvanın vassalı olmuş ölkə isə bundan bəhanə kimi istifadə edir.
Bilirsiniz, nökərlər ağalara həmişə nifrət edir; bunu tarix də, sənət də, fəlsəfə də dəfələrlə deyib, göstərib. Ermınistan da istisna olmadı. Rusiyanın ordan-burdan torpaq qoparıb verdiyi, ölkə elədiyi, süni şəkildə qurub dövlət elədiyi, qoruyub əzizlədiyi Ermənistan bu gün ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalayır. Rusiyadan qopmaq üçün min bir oyun qurur. O da bir yana, Moskvanın Çin, Hindistan kimi nəhəng dostları sanksiyalardan qorxaraq Rusiyadan neft almaq istəmir. Başqa misallara heç ehtiyac yoxdur. Belə bir situasiyada Azərbaycan Rusiya ilə münasibətləri əvvəlki kimi qoruyub inkişaf etdirməyə çalışır. Dünyanın dörd bir tərəfində Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə Rusiya prezidentini həbs etməyə hazır dövlətlər var, amma Putini Azərbaycan prezidenti evinə qonaq çağırır, ev ortamında qarşılayır. Bu, Rusiyaya münasibətin səmimiyyətindən xəbər vermirmi?!
Belorusu hesaba almayaq, o, Rusiya ilə vahid ittifaq dövlətində birləşib. Bundan kənarda - bütün postsovet regionunda Rusiyaya bəlkə də ən səmimi, dürüst dost olan ölkə Azərbaycandır. Moskvanın dünyaya açılan iki nəfəsliyi varsa, onlardan biri Azərbaycandır. Hətta sərnişin təyyarəsi Rusiya ərazisində vurulsa da, Azərbaycan tərəfdən Rusiya əleyhinə təbliğat aparılmadı, təhqir, aşağılama kimi xoşagəlməz davranış göstərilmədi. Üstəlik Azərbaycan rəsmiləri, mediası, ekspert dairələri məsələni belə şərh edirdi: "Rusiyanın Azərbaycan təyyarəsini qəsdən vurduğuni düşünmürük". Yəni o çətin, ağır, stressli günlərdə də Azərbaycan öz ayıq, obyektiv, ədalətli mövqeyini qoruyub saxlayırdı. Öz müdrikliyini göstərirdi. Bu cür daxili tarazlığını, mənəvi ucalığını yenə də davam etdirir.
Ancaq Rusiyada nə görürük? Hakimiyyətə yaxın və ya hökumətə bağlı olan media platformalarında Azərbaycana qarşı aramsız və amansız kampaniya aparılır.
Qəribədir, əgər bu sifariş hakimiyyətdən gəlirsə, onda Rusiya prezidentinin üzrxahlığı nə idi? Yox, bu, hakimiyyətdən qaynaqlanmırsa, onda niyə Rusiya üçün vacib olan bir dost, qonşu ölkənin əleyhinə bu cür haqsız hücumları edənlər cəzasız qalır?!
Rusiya prezidenti, xarici işlər naziri, başqa yüksək vəzifəli rəsmilər Azərbaycanı Rusiya üçün "yaxın dost", "vacib ölkə", "etibarlı tərəfdaş" adlandırırlar. Amma eyni zamanda hakimiyyətə yaxın mediada Azərbaycan hər tərəfdən hədəfə alınır, ittihamlara, həqarətə məruz qoyulur. Bu, nə yaxın qonşuluğa, nə səmimi dostluğa, nə strateji tərəfdaşlığa sığır.
Rusiyanın idarəçiliyində Prezidentdən tutmuş üzüaşağı bütün səviyyələrdə xüsusi xidmət orqanlarının təsiri həlledici səviyyədədir. Bu, həm siyasi qərarların qəbuluna təsir, həm də həmin qərarların icrasına nəzarət baxımından Federal Təhlükəsizlik Xidmətinin, eləcə də, başqa anoloji strukturların roluna aiddir. Xüsusilə, Rusiyanın Ukrayna ilə müharibə vəziyyətində, Ukraynada Qərb gücləri ilə sərt qarşıdurmada olduğu bir şəraitdə Rusiyanın həyatında və siyasətində xüsusi xidmətlərin məsuliyyəti və diqqəti birə beş artıb. Belə bir ortamda Rusiyanın etibarlı tərəfdaşına -Azərbaycana qarşı kimlərinsə siyasi "özfəaliyyət ansamblı" yaradıb, təbliğat qaçaqçılığı etməsi, "tənha atıcı" pozasına keçməsi ya mümkün deyil, ya da Federal Təhlükəsizlik Xidmətinin nəzarətindən kənarda deyil.
Azərbaycan zərərçəkmiş tərəfdir; Azərbaycana qarşı törədilmiş cinayətdə Azərbaycanın özünü təqsirkar çıxarmaq cəhdi varsa, hansı ədalətdən danışmaq olar?!
Biz bu "film"ə əvvəllər də baxmışıq; 1992-ci ildə Azərbaycan öz torpaqlarını azad etmək istəyəndə ABŞ Konqresi "Azadlığı müdafiə aktı"na 907-ci düzəliş qəbul etdi; işğalçını - cinayət törədəni deyil, işğala məruz qalanı - zərərçəkəni cəzalandırdı. Vaşinqton 44 günlük müharibədən sonra - Azərbaycan öz torpaqlarını azad edərkən, bu davranışı yenə təkrar etdi; Co Bayden administrasiyası hüquqi qüvvəsi dayandırılmış bu cəza sanksiyasını yenidən bərpa elədi.
Rusiya, onun mediası, bloqosferası bir yandan Co Baydeni "aslb-kəsir", o biri yandan, özləri onun kimi davranır; cinayəti törədənləri tapıb cəzalandırmaq yerinə, zərərçəkəni cəzalandırırlar. Bu paradoksu hara yazaq?! (Deyəsən, Baydeni qınaya-qınaya, özləru də Baydenə oxşadılar).
Rusiya tərəfinin təbliğatı, dediyimiz kimi, məsuliyyəti pilotların, ekipajın üzərinə yönəldib, əsl günahkarları aradan çıxarmaq istəyir. Yenə də söhbəti "quş" versiyasına bağlayıb, oksigen balonuna qoşublar. Ancaq əsas məsələ bu deyil. Əsas mətləb təyyarənin vurulmasıdır. Təyyarədə zərərçəkən şəxslərin yarasında "Panitsir" hava hücumundan müdafiə sisteminə - onun raketinə məxsus qəlpələrin qalıqlar var. Onlar bu yaraları Rusiya üzərində uçuş zamanı - təyyarə havadaykən alıblar. Bakıda təyyarəyə minəndə sağ-salamat idilər.
Bir sözlə, Rusiya mediasındakı təbliğata bir "quş"! Bu, əsl rus ruletidir; məsuliyyətdən qaçmaq üçün göydə uçan quşlardan mədəd umanların silahı axır bir gün, bir yerdə öz başında partlayacaq. Ancaq hələ fərqində deyillər.
Gün kimi aydın olan gerçəkləri bu cür israrla danmaq, həm də haqsız və yersiz hücumlarla pərdələmək dostluq-filan o yana qalsın, heç insanlığa sığışan bir şey deyil.
Azərbaycanın tələbləri haqlı və aydındır: hadisə hərtərəfli və obyektiv araşdırılsın, təqsirkarlar tapılıb cəzalandırılsın, zərərçəkənlərə kompensasiya ödənilsin. Burda qeyri-adi, fövqəltəbii nə var?! Heç nə! Onda bu hay-küy nəyə, daha doğrusu, kimə lazımdır?!
"Hay-küy" dedim, Ulyam Şekspirin "Heç nədən hay-küy" pyesini xatırladım: qraf Klavdio Duanaya aşiq olur. Ancaq Don Xuan bu qarşılıqlı sevgiyə mane olmaq üçün qarayaxmaya, böhtana əl atır. Ancaq axırda özü ifşa olunur; yalanı ortaya çıxır.
Şekspirin bu əsəri, bəli, romantik komediyadır. Amma bu gün Rusiyada Azərbaycana qarşı oynanılan tamaşa əsl tragikomediyadır. Üstəlik böhtan da, böhtançının kimliyi də göz önündədir. Bircə qalır, Şekspirsayağı xoşbəxt sonluq. Bu da həqiqətin etirafından keçir.
Özü də söhbət əsl həqiqətdən gedir, "комсомолская правда"dan yox!
P.S. Yeri gəlmişkən, Azərbaycanın tələbi ilə Rusiyanın kompensasiya ödəyəcəyi sərnişinlər arasında Rusiyanın öz vətəndaşları da var... (bizimyol.info)