"Teleradio" İstehsalat Birliyinə yeni rəhbər təyin olundu

MEDİA 17 yanvar 2025, 10:44
Teymur Əsgərzadə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun müavini təyin olunub.

Demokrat.az "Trend"ə istinadla xəbər verir ki, eyni zamanda, qurumun baş direktoru vəzifəsinin icrası ona həvalə olunub.

Teymur Əsgərzadə Azərbaycan Dövlət İqtisad Universitetində "Kommersiya və beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Telekommunikasiya sahəsində 15 ildən artıqdır uğurlu təcrübəyə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda İT üzrə mütəxəssis kimi işə başlayıb, müxtəlif şirkət və müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

2019-2023-cü illərdə "Azerconnect" MMC-də strateji layihələrə rəhbərlik edib.

Bu təyinata qədər "FMG" şirkətində icraçı direktor və layihələr üzrə baş direktorun müşaviri vəzifələrini icra edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 fevral 2025, 00:11
17 fevral 2025, 20:10
Top