ABŞ-da baş verən yanğının səbəbi nə ola bilər? — AÇIQLAMA

GÜNDƏM 13 yanvar 2025, 18:06
ABŞ-da Los Ancelesdə baş verən yanğın böyük sahələrə yayılıb. Yanğının kosmosdan görünüşü qiyaməti xatırladır. Yanğın geniş miqyasda dağıntıya səbəb olub, insanlar evsiz qalıblar. 

Bu böyüklükdə yanğınların baş verməsinin səbəbləri nədir?

Bununla bağlı ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlama verib.

O diqqətə çatdırıb ki, yanğın baş verən ərazidə iqlim şəraiti kəskindir:



“Yanğının hansı səbəbdən baş verməsindən xəbərim yoxdur. Yanğının genişmiqyaslı olmasının əsas səbəbi küləkli hava şəraitidir. Oranın tarixində olmayan güclü küləklər baş verib. 20-30 il bundan qabaq ki vəziyyət təkrarlanıb. Səbəblər müxtəlif ola bilər. Ya kimsə ocaq qalayıb, ya da ki ildırım çaxmasından yaranıb. Bütün hallarda üzücüdür”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top