Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarlara baş çəkiblər
Demokrat.az xəbər verir ki, başçəkmə dekabrın sonlarında – Yeni il ərəfəsində olub.
Bu məlumat BQXK-nın Ermənistandakı nümayəndəliyindən təsdiqlənib.
Məlumata görə, Yeni il ərəfəsində, dekabrın 30-da Bakıdakı separatçılara ailələrilə danışıq aparmalarına şərait yaradılıb.
Qeyd edək ki, Bakıda saxlanılan hərbi cinayətkarlar arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” David Babayan, həmçinin “parlamentin spikeri” David İşxanyan, “artsaxın müdafiə ordusunun keçmiş komandanı” general Levon Mnatsakanyan, general David Manukyan və “keçmiş dövlət katibi” Ruben Vardanyan var. Onlar yanvarın 17-də məhkəmə önünə çıxarılacaqlar.
Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər əməllərin törədilməsi faktları ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində istintaq aparılıb.
Toplanmış mötəbər sübutlar əsasında müxtəlif cinayətlərdə ittham olunan 15 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələrlə təqsirləndirilirlər.
Bura Arakadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qurqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryan daxildır.
Ruben Vardanyan məhkəmə önünə ayrıca çıxarılacaq.