Argentinanın bir şəhərinin sakinləri tutuquşuların hücumunun öhdəsindən gəlməyə çalışırlar.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı kiçik Hilario Askasubi şəhəri ciddi problemlə üzləşib: on minlərlə səs-küylü tutuquşu küçələri zəbt edib və milyonlarla dollar zərər vurub.
Onlar elektrik və internet naqillərini dişləyib, kommunal xidmətlər üçün əlavə gərginlik yaradıb.
Yerli sakinlər ümidsizliklərini ifadə edərək deyirlər ki, onlar artıq tutuquşuların hücumuna dözə bilmirlər. Həmçinin rəsmilər də problemi həll etməyin yolunu tapmaqda aciz qalıb. Çünki hətta səs bombaları da quşları qorxutmağa kömək etmir.
Hazırda 5000 nəfərlik şəhərin hər sakininə təxminən 15 tutuquşu düşür.
Bəzi ekspertlər düşünür ki, buna səbəb insanların yaşayış yerlərin i genişlənməsi səbəbindən quşların qurbana çevrilməsidir.
"Şəhərlərin genişlənməsi və kənd təsərrüfatının inkişafı ilə tutuquşular təbii yaşayış yerlərini itirdilər və yenisini axtarmağa məcbur oldular", deyə kənd təsərrüfatı mühəndisi Paolo Sançes Anqonov bildirib.
Jalə
Demokrat.az