Qarabağda ictimai nəqliyyatın fəaliyyətə başlaması bölgədə nəyi dəyişəcək?

GÜNDƏM 17 oktyabr 2025, 18:13
"İctimai nəqliyyat əsasən əhaliyə xidmət göstərir. Orada əhali sayı kifayət qədər artmalıdır ki, nəqliyyat sistemi effektiv işləsin. Mən hesab edirəm ki, bu effekti ən yaxşı şəkildə Xankəndində görmək olar".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, Xankəndində universitet, tələbələr, gənclər və müəllimlər mövcuddur:

Buna görə ictimai nəqliyyatın fəaliyyət göstərməsi orada daha effektiv olacaq və müəyyən təsir yaradacaq. Digər şəhərlərdə də əhali sayı artdıqca ictimai nəqliyyatın tənzimlənməsi daha səmərəli və təsirli ola bilər".

Qeyd edək ki, Qarabağ iqtisadi rayonunun dörd şəhərində ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top