İki ölkənin Zəngəzur dəhlizi məsələsində eyni mövqedə dayanması məntiqlidir — ŞƏRH

GÜNDƏM 17 oktyabr 2025, 17:47
Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il və 8 avqust 2025-ci il tarixli sənədlər arasında nəzərəçarpacaq fərqlər mövcuddur. Bu sənədlərin təhlili regiondakı geosiyasi münasibətləri və potensial əməkdaşlıq imkanlarını anlamağa kömək edir.

Bu barədə siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ-ın məqsədi dünyada üstünlüyü ələ keçirməkdir:

“Bunun əsas səbəbi qlobal yollar və proseslər üzərində nəzarəti saxlamaq istəyidir. Bu baxımdan, Zəngəzur reallığı da xüsusi əhəmiyyət daşıyır. Lakin həmin yol eyni zamanda Çin və Rusiyanın maraq dairəsinə düşür. Əslində, bu ölkələr Azərbaycan üzərindən qarşıdurma deyil, əməkdaşlıq yolunu seçiblər. Prinsip etibarilə, iki ölkənin bu məsələdə eyni mövqedə dayanması məntiqlidir. Bu mənzərəyə geniş prizmadan baxsaq, konsensusun mərkəzində Azərbaycan dayanır. Çünki məhz burada ciddi əməkdaşlıq imkanlarının reallaşması mümkündür”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 23:56
17 oktyabr 2025, 20:21
Top