Füzulinin işğaldan azad olunması müharibənin taleyini necə dəyişdi? — ŞƏRH

GÜNDƏM 17 oktyabr 2025, 19:10
“Füzuli şəhərinin azad olunması bizim üçün vacibdir. Əks hücumumuz Füzuli istiqamətində başladı. Bu şəhər yollarımızın üzərində ən iri yaşayış məntəqələrindən biri idi. Biz bilirdik ki, şəhər dağıdılıb. Komandirlər Füzulini azad etdikdən sonra Ali Baş Komandana xəbər verdilər ki, orada bir bina belə sağlam qalmayıb ki, bayrağımızı ora sancmaq mümkün olsun. Bu vandallığın, erməni barbarlığının göstəricisidir. Söhbət təbii ki, erməni ordusundan gedir, vətəndaşlarından yox”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Azərbaycan ordusu yüksək döyüş ruhu ilə şücaət göstərdi, innovativ gedişlərdən istifadə etdi, yeni müharibə prototiplərini nümayiş etdirdi. Hərbi texnologiyalardan tam istifadə etdik və böyük nəticələr əldə etdik. Füzuli mənəvi baxımdan böyük rol oynadı. Oranı əldə etdikdən sonra geriyə yolumuz olmadığını anladıq, sona qədər getməli oldu. Düşmən düşünürdü ki, geri çəkilə bilər, amma plan əvvəlcədən hazırlanmışdı”.

Politoloq deyib ki, Füzuli azad olunduqdan sonra bayram etməyə başladıq:

“Arxa xəttdə, Bakıda, Gəncədə, Tərtərdə insanlar çağırış məntəqələrinə böyük maraq göstərdi. Bu xalqın böyüklüyünü və lider-ordu vəhdətini göstərirdi. Biz yalnız öz gücümüzə və imkanlarımıza sükanı qoruya bilərdik. Bu fikri Prezident və Ali Baş Komandan dəstəklədi”.

O bildirib ki, Prezident geostrategik düşüncə və diplomatik ustalıqla azad edilmiş torpaqlarda yeni obyektlərin təməlini qoyur, insanlarla ünsiyyət qurur, ölkənin həyatını və hədəflərini izah edir:

“Biz dünya qarşısında sabit duruş göstərərək uğurlarımızı ifadə etdik. Hərbi zəfər və azad edilmiş ərazilərdə quruculuq işləri həyata keçirdik. Bütün bu uğurlar Prezidentin konsepsiyası və təhlükəsizlik-inkişaf strategiyası əsasında mümkün oldu. Azərbaycan həm özünün, həm də ətrafının maraqlarını nəzərə alan bir ölkədir.Mixail Saakaşvili də İlham Əliyevin Qafqazın şərəfini qoruduğunu, üzərinə böyük yük götürdüyünü qeyd edib. Füzuli, Ağdam və Kəlbəcər kimi rayonları azad etdikdən sonra düşmən təslim oldu. Üç rayon atışma olmadan götürüldü. Bu böyük strategiyanın göstəricisidir.Biz məğlub xalqı qəhrəman xalq halına gətirdik. Bu qəhrəmanlığı qanımız, canımız və niyyətimiz bahasına qazandıq”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 oktyabr 2025, 20:21
Top