Mikayıl Cabbarov: Biz xaricdən gələn istedadlara da açığıq

İQTİSADİYYAT 10 oktyabr 2024, 15:28
"Orta məktəb təhsili şagirdləri məhz gələcək rəqəmsal iqtisadiyyata hazırlamalıdır. Bu səbəbdən bizim nəyi necə tədris etməyimiz, öyrənmə prinsipini necə tədris etməyimiz və həyat boyu öyrənmə çox vacib məsələlərdir".

Demokrat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.

Nazir vuröulayıb ki, bu işdə yalnız öz kadr rezervimizə fokuslanmaq kifayət deyil:

"Biz xaricdən gələn istedadlara da açığıq. Bu da "Yüksəkixtisaslı Miqrant Proqramı" ilə dəstəklənir. Açar innovasiya səriştələri əsas kriteriyalar arasındadır. Biz investisiyaların qaytarılmasını görürürkmü? Bəli, görürük".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top