Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi — VİDEO

HADİSƏ 24 sentyabr 2024, 14:14

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.

Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.

Bu barədə Bakupost.az -a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Ətraflı BTV-nin süjütində:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top