Hamilə qadınlara bunları yeməyi tövsiyə etmirik — Ginekoloqdan XƏBƏRDARLIQ

SOSİAL 24 sentyabr 2024, 17:02
Bəzən insan bədənində çatışmayan xüsusi vitaminlər və dəmir azlığı onların qidalanmalarına da təsir edir. Bu əsasən hamilə qadınlarda daha çox büruzə verir. Hamilə qadınlar hamiləlik dövründə bədənlərində çatışmayan hər hansı bir vitamin əksikliyindən və ya dəmir azlığından bir çox kimyəvi və digər maddələri yemək və qoxlamaq istəyirlər. Bunu tam olaraq vitamin çatışmazlığı ilə də əlaqələndirmək olmaz. Amma bir çox hamilə qadının məhz bu dönəmdə təbaşir, gil, torpaq yediklərinin, benzin, rəng qoxladıqlarının şahidi oluruq. Bəs, bu onlara və ana bətnindəki uşağa necə təsir edir?

Məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran ginekoloq Rəşad Sultan bildirib ki, hamiləlikdə belə bir vəziyyət gözləniləndir:

“Türklər buna aşərmək deyir. Bizim dildə isə bunun hər hansı bir tərcüməsi yoxdur. Elmi dildə də adı yoxdur. Biz bunu 1-ci trimesterin toksikozu ilə adlandırırıq. Bu aşərmələrin isə dəqiq səbəbi bəlli deyil. Yəni onu vitamin və ya dəmir çatışmazlığı ilə əlaqələndirmək olmaz. Çünki bunun dəqiq səbəbi bəlli deyil. Sadəcə bir fərziyyədir xalq arasında irəli sürülür. Əlbəttə ki, əgər hamilə qadın təbaşir, torpaq, gil və ya bu kimi maddələr yemək istəyirsə, o demək deyil ki, biz ona icazə verəcəyik ki, bunu etsin. Bu sadəcə meyl pozğunluğudur. Daha çox hamiləlikdə görünən bir şey olsa da, biz bunu normal qəbul edib hamilələlərə tövsiyə etmirik. Amma əgər həmin hamilə qadının ürəyi bunu həddindən çox yemək istəyirsə, məsələn yediyi torpağın haradan götürdüyünə diqqət etməlidir. Yenə də biz həkim olaraq heç bir pasientimizə hamiləlik dövründə belə maddələrdən istifadəyə icazə vermir və tövsiyə etmirik”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top