Bu ölkə Ukraynaya 210 milyon avro ayırır

DÜNYA 24 sentyabr 2024, 18:13
Niderland Ukraynada mühüm infrastrukturun bərpası və humanitar yardım üçün 209,5 milyon avro ayıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri Kaspar Veldkamp məlumat verib.

“Niderland Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə kritik infrastrukturun bərpasına və humanitar yardımın göstərilməsinə yönəlmiş 209,5 milyon avroluq yeni yardım paketi elan edib. Ukraynanın enerji dəstəyi fonduna 45 milyon avro ayırırıq və lazımi avadanlıqların tədarükünü maliyyələşdiririk”, - deyə o qeyd edib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top