Türkiyə ordusu üç PKK-çını məhv etdi

REGİON 24 sentyabr 2024, 18:42
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriyanın şimalındakı "Fırat Kalkanı" bölgəsində PKK/YPG terror təşkilatının iki, İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyat bölgəsində isə PKK terror təşkilatının bir üzvü öldürülüb.

Nazirliyin açıqlamasında, terrora qarşı mübarizə qətiyyətlə davam etdirildiyi qeyd edilib. 

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top