Xarici işlər nazirlərinin görüşünüə hazırlıq gedir — Zaxarova

REGİON 20 sentyabr 2024, 15:56
Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.

Demokrat.az xəbər verir ki, bunu “Report”a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu gün keçirdiyi brifinqdə təsdiqləyib ki, hazırda xarici işlər nazirlərinin sözügedən formatda Ankarada görüşünün təşkili istiqamətində iş aparılır.

“Ankarada belə bir görüş hazırlanır. Hesab edirəm ki, onun tarixini razılaşma əldə edildikdən sonra bütün ölkələrlə birlikdə elan etsək, düzgün olar. Ona görə də bunu etmək mümkün olan kimi deyəcəyəm, lakin belə bir görüşün hazırlandığını təsdiq edə bilərəm”, - M.Zaxarova bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top