Türkiyədə siam əkizləri uğurla ayrıldı

REGİON 20 sentyabr 2024, 09:08
Britaniyalı cərrahlar Pakistandan başdan birləşən bir yaşlı bitişik siam əkizləri uğurla əməliyyat ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat Türkiyədə baş tutub.

Cərrah Nur ul Ovas Jilaninin rəhbərlik etdiyi həkimlər qrupu son əməliyyat da daxil olmaqla üç ay ərzində bir neçə əməliyyat həyata keçirib. Ümumilikdə əməliyyat 14 saat davam edib.

“Bacılar yaxşı sağalırlar. Onlar tezliklə Pakistana qayıda biləcəklər”, - Jilani bildirib.

Cərrahlar əməliyyata hazırlıq üçün xüsusi alətlərdən və 3D modelləşdirmədən istifadə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top