İranda zəlzələ baş verib

REGİON 06 yanvar 2025, 22:45
İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,25 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 139 km cənubda yerləşib. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top