"Sabah" Futbol Klubunun sadiq azarkeşi Kənan Ocaqquliyev dünyasını dəyişib.
Paytaxt təmsilçisi gənc azarkeşin vaxtsız vəfatından dərin kədər hissi keçirdiyini bildirərək mərhumun ailəsinə, yaxınlarına və bütün azarkeş icmasına başsağlığı verib.
Klubun yaydığı rəsmi açıqlamada "Tribunadakı yerin hər zaman görünəcək, Kənan! Allah rəhmət eləsin!" deyə qeyd olunub.


