Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib

HADİSƏ 15 yanvar 2025, 10:20
Baş Prokurorluğun vəsatəti əsasında Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Emin Nazim oğlu Həsənovun ekstradisiyası haqqında qərar qəbul olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Emin Nazim oğlu Həsənov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top