"Qərbi azərbaycanlıların öz dədə-baba yurduna qayıtması onların legitim hüququdur. Ermənistanın işğalçılıq siyasəti əsrin əvvəllərindən başlayıb. Onlar hər vəchlə verilmiş ərazilərini genişləndirməyə, bu ərazilərdə olan digər xalqları çıxarmağa, Azərbaycan və Türkiyəyə torpaq iddiası etməyə çalışıblar. 1980-ci illərin sonunda son azərbaycanlını öz yurdundan qovmaqla etnik təmizləmə həyata keçirdilər. Sonrakı dövrlərdə azərbaycanlılara qarşı yalnız soyqırım deyil, bütün bəşəriyyətə zidd cinayətlər törədilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli deyib.
O bildirib ki, 2020-ci ildən sonra bölgədə yeni siyasi mənzərə formalaşdı:
"Bunun müəllifi Azərbaycanın Ali Baş Komandanı, ordusu və xalqıdır. 2023-cü ildə suverenliyimizi bərpa etməklə gücümüzü tam ortaya qoyduq. Azərbaycan gücləndikcə özünün tapdanan haqlarını dünyadan tələb etməyə başlayıb. Onlardan biri də terrora məruz qalmış Qərbi azərbaycanlıların haqlarıdır. Azərbaycan xüsusi qurumun və cəmiyyətin yaranması zəruri idi. Bu, sosial sifariş idi. Yüz minlərlə azərbaycanlı qovulduqları yurdlarında yenidən yaşamaq istəyirlər. Məsələnin sülh yolu ilə həll edilməsi qarşıya məqsəd qoyulub. Biz heç bir işğalçılıq və cinayət törətmirik. Azərbaycan hər zaman humanitar və dəyərlərə sahib olduğunu sübut edib".
Deputat qeyd edib ki, Azərbaycanın bu təklifi Ermənistanın baş naziri başda olmaqla bütün erməniləri təşvişə salıb:
"Canında işğalçılıq olan ermənilər bu məsələdən narahat olurlar. Milli qanunvericilik və beynəlxalq hüquqla bizim o torpaqlara qayıtmağımızın vacib olması təsdiq olunub. Paşinyanın narahat olması, Azərbaycanın gücündən qorxması üçün heç bir zəmin yoxdur. Biz həmin torpaqlarda minillər boyu yaşamışıq. Orada bizim soydaşlarımızın məzarı, mədəniyyətimiz, tarixi abidələrərimiz var.
Müasir Ermənistan həmin izləri itirməklə məşğuldur. Azərbaycanlılara xas tarixi abidələr, məzarlar erməniləşdirilir. Bu məsələdə biz UNESCO və digər təşkilatlardan mövqe gözləyirik. Dünyada insan haqlarını bağıran beynəlxalq təşkilatlar bu məsələdə də susurlar. Azərbaycanın Ali Baş Komandanın qətiyyəti, gücü, siyasəti yüz minlərlə azərbaycanlının arzusunu reallaşdıracaq. Onlar öz dədə-baba yurdunda layiqli şəkildə yaşayacaqlar".
Əfsanə Kamal
Demokrat.az