Lənkəranda 1983-cü il təvəllüdlü Bəhruz Məmmədov həmyerlisi 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhruz işlətdiyi ərzaq mağazasında satılan qida məhsullarının keyfiyyəti ilə bağlı 2022-ci ilin dekabr ayında etdiyi şikayətlə əlaqədar münasibətləri pozulmuş Lənkəran rayonu, Separadi kənd sakini olan tanışı Zülfüqarın vasitəsi ilə yenidən müxtəlif dövlət qurumlarına eyni məzmunlu şikayətlər etdiyini bilib, dəfələrlə Zülfüqarla söhbət edərək, ondan işlətdiyi mağazanın fəaliyyətinin ona aidiyyəti olmadığı halda, əsassız şikayətləri ilə onu kənd sakinləri və qohumları arasında nüfuzdan saldığına görə bu hərəkətlərinə son qoymasını tələb edib.
Zülfüqarın ondan şikayətlərini yalnız aylıq pul və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin olunması müqabilində dayandıracağı ilə bağlı təklifinə müsbət cavab vermədiyi üçün bundan daha da aqressivləşən Zülfüqarın 2023-cü ilin dekabr ayının əvvəlindən təkrarən oğlu Nasirin adından müxtəlif dövlət qurumlarına etdiyi şikayətləri, habelə onun mağazasına gələrək ona qarşı yenidən nalayiq ifadələr işlətməklə təhqir edib, istəklərini tələb etməsini, özünə qarşı qərəzli hərəkətlərin davamı kimi qəbul edib.
Bu barədə Bəhruz yenidən Zülfüqara və 21 dekabr 2023-cü ildə yaxın qohumlarına etdiyi xəbərdarlıqların nəticəsiz qaldığını görüb.
O, Zülfüqarın ondan əsassız tələblər irəli sürməkdə israrlı olduğuna əmin olub, həmin hərəkətlərinə görə ondan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə 21 dekabr 2023-cü ildə, saat 16:40-da özünə məxsus “Ford Transit” markalı avtomobillə Lənkəran-Masallı avtomobil yolunun Lənkəran rayonu, Separadi kəndindən keçən hissəsinə gedib. Kəndin girişində yerləşən “Separadi kənd idman kompleksi”nin yaxınlığında açıq sahədə gördüyü Zülfüqara yaxınlaşıb, əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağı ilə onun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Zülfüqar aldığı xəsarətlər nəticəsində ölüb.
Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, Lənkəran rayonunun Zövlə kəndində ailəsi ilə birlikdə yaşayıb:
“Dörd övladımdan biri ailə qurub, digər üçü isə mənim himayəmdədirlər. 2013-cü ildən Lənkəran rayonunun Şağlaser kəndində yerləşən qardaşımın mülkiyyətində olan mağazanı işlətmişəm. İşlədiyim müddətdə heç kimlə ədavətim və ya düşmənçiliyim olmayıb. Pərvazla aramızda münaqişəmizin başlanması 2021-ci ilə təsadüf edib.
Zülfüqara Pərvaz deyirdilər. Həmin ilin xatırlamadığım günü, gecə saat 12 radələrində mağazanı təmizlədiyim vaxt Zülfüqarın balaca qardaşı Elçin üç nəfərlə birlikdə mağazaya girdi. Hərəsi bir “Bizon” içkisi götürərək içdilər. Elçinə həmin içkilərin pulunu verməsini dedim. O da “mən belə şeylərə pul vermirəm” deyərək cavab verdi. Ona pulu yoxdursa, onu başa düşə biləcəyimi bildirdim. Bir qədər mübahisədən sonra Elçin içkilərin pulunu verərək getdi və gedərkən başıma oyun açacağını dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, gecə saat 12 radələrində qardaşı Zahir ona zəng edib, Elçini niyə yola vermədiyini soruşub: “Qardaşıma cavab olaraq mağazanın təminat şöbəsi olmadığını, dediyini edə bilməyəcəyimi dedim. Üstündən bir-iki saat keçdi, Elçinin qardaşı zəng vuraraq Elçini niyə yola vermədiyini soruşdum. Ona da heç kimi yola verə bilməyəcəyimi dedim. Bir müddət sonra isə Elçin zəng vuraraq “Zahirə qurban olasan, səni bağışladım” dedi. 2022-ci ildə Zülfüqar yanıma gələrək mənə hörmət etməli olduğunu dedi. Onun imkanı olmadığını düşünərək mütəmadi yardım etmişəm, pul vermişəm.
Bir gün axşam vaxtı qardaşım Zahirlə birlikdə Zülfüqargilin şüşə emalatxanasına getdik. Həmin vaxt Zülfüqar bizə qardaşım oğlu Valeh Məmmədzadəyə məxsus torpaq sahəsini onun adına keçirtməyimi istədi. Bizi həmin torpağı ona verməyə məcbur edəcəyini bildirdi. Zülfüqarın oğlunun Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Həmin şirkətlə Valehin arasında torpaq məsələsi ilə bağlı mübahisə olub. Zülfüqar da bundan istifadə edərək şirkətə məxsus torpaq sahələrinin yaxınlığında yerləşən Valehə məxsus torpaq sahəsini öz adına keçirtməyi tələb etdir. On ildir ki, Valehi görmürəm və danışdırmıram. Buna görə də Zülfüqara həmin istəyini yerinə yetirə bilməyəcəyimi dedim.
Bundan iki-üç gün sonra Zülfüqar müxtəlif orqanlara yazaraq məndən şikayət etməyə başladı. Zülfüqara mənimlə işi olmamasını bildirdim. Ona pul və ərzaq verməyi kəsdim. Artıq “dedovşina qurtardı” dedim. Zülfüqar isə bundan sonra məni bezdirəcəyini bildirdi. Özümə və uşaqlarıma görə Zülfüqara həmişə köməklik etmişəm. Zülfüqardan mənimlə işi olmamasını istədikdə tərəfindən təhqir olunmuşam. Zülfüqarın məni dəfələrlə təhqir etməyindən bezmişəm”.
Bəhruz bildirib ki, bir gün kənddəki evinə gedərkən yolda Zülfüqarı görüb və yanına gedib:
“Zülfüqar içkili olub. Ona “Pərvaz, səndən xahiş edirəm, mənimlə işin olmasın, sənə qurban olum” dedi. Zülfüqar isə məni təhqir etməyə başladı. Bundan sonra artıq Zülfüqar barəsində nəsə tədbir görməyi qərarlaşdırdım. Zülfüqar mənim həssas yerimə toxundu. Mən də ağlaya-ağlaya getdim, əl-üzümü yuduqdan sonra qayıtdım. Bir daha Zülfüqarı danışdırmadım. Dörd nəfərin yanında bu məsələnin axırının pis olacağını bildirmişəm. Mənim kənddə heç kimə pisliyim dəyməyib. Zülfüqarla yaşadığım problem barədə başqaları ilə danışanda, bu işin onlara aidiyyəti olmadığını, mənimlə Zülfüqarın arasında olan məsələ olduğunu bildirdik. Zülfüqarın qudasına zəng etmişəm, ondan Zülfüqarın bu hərəkətlərinə son verməsini istəmişəm, üstündən dörd beş dəqiqə keçdikdən sonra Zülfüqara qarşı cinayət törətmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, Zülfüqarla əvvəllər ədavəti və düşmənçiliyi olmayıb:
“2022-ci ildən Zülfüqara ərzaq və pul verərək hörmət etmişəm. Zülfüqar məndən Dövlət Vergi Xidmətinə və başqa dövlət orqanlarına əsassız şikayətlər edib. Aidiyyəti qurumlar tərəfindən yoxlama aparılanda heç bir nöqsan çıxmayıb, hər şey tər-təmiz olub. 21 dekabr 2023-cü ildə Lənkəran şəhərində olarkən mənə zəng gəldi və barəmdə şikayət daxil olduğu bildirildi. Həmin gün işlədiyim mağazanın qarşısına gələrək avtomobilini yolun kənarında saxladım. Əsəblərim gərgin oldu. Hətta əsəbdən öz-özümə danışırdım. Bu zaman işçim Səməd məni gördü və mənimlə gedəcəyini dedi, avtomobilə oturdu.
Səmədin avtomobildən düşməsini istəsəm də, düşmədi. Hadisədən qabaq Zülfüqarın qardaşı Etibar və qudası Niyaməddinə zəng etdim. Hər iki şəxs onun kimin yanına getdiyimi bildilər. Lənkəran rayonunun Separadi kəndinə gedərkən yolda Zülfüqarı görən kimi avtomobili saxladım. Zülfüqar avtomobildən 20-30 metr aralıda olub. Telefonla kiminləsə danışırdı. Zülfüqar mənim gəldiyimi görəndə daş götürmək üçün yerə əyildi, ona çatanda bir dəqiqə keçmədən onu vurdum. Zülfüqarı öldürmək istəməmişəm. Məqsədim onu qorxutmaq olub. Zülfüqara çox sayda bıçaq zərbəsi vura bilərdim. Lakin yalnız bir zərbə vurmuşam. Hadisəni törədəndə ətrafda heç kim olmayıb. Hadisə vaxtı gəldiyim avtomobildə Səməd olub.
Zülfüqarı bıçaqla vuranda Səməd məni görməyib. Səmədin dayandığı yerdən mənim Zülfüqarı vurmağım görünməyib. Səməd mənim nə edəcəyimi, habelə məndə bıçaq olmasını bilməyib. Avtomobilində kisənin, qutunun ağzını açmaq üçün bıçaq olub. Hadisə anını xatırlamadığımdan bıçağı Zülfüqarın hansı nahiyəsindən vurduğumu bilmirəm. Avtomobilə yaxınlaşanda Səməd əlimdəki bıçağı görərək qışqırmağa başladı. Bundan sonra başqa insanların hadisə yerinə gəldiyini görmüşəm. Zülfüqarı vurduğum bıçaqla polis şöbəsinə gedərək təslim olmuşam. Zülfüqarın məndən şikayət etməyi önəmli deyil, məni söyməyi əsas olub. Adamın malını apararlar, pulunu alarlar, amma adamın ana-bacısını söyməzlər. Heç kim Zülfüqarın məni söydüyünü etiraf etməz. Zülfüqar Separadi kəndindəki poçtun qabağında başqa adamların yanında məni söyüb, bu barədə onun qohumlarına demişəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Bəhruz 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az