Bakının Nizami rayonunda 1952-ci il təvəllüdlü Sabirabad sakini İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 noyabr 2024-cü ildə 8-ci kilo metr bazarında baş verib.
İslam müştəri kimi balıq məhsulu almaq istəyərkən piştaxtaqarşısına keçmək üçün yanında dayanmış digər müştəri Samirənin müraciətinə kobud cavab verdikdən sonra həmin gün saat 10:30-da bazarı tərk edib.
İslam yaşadığı mənzilə qayıdarkən yolda Samirə ilə təsadüfən qarşılaşıb. Bu zaman İmran bazarda Samirənin kobud cavab verməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı onu qəsdən əli ilə bir dəfə sifət nahiyəsinə şillə vurub.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, noyabrın 1-də, saat təxminən 09:45-də alış-veriş etmək üçün 8-ci kilo metr bazarına gəlib:
“Bazarda bir qədər alış-veriş etdikdən sonra saat təxminən 10:20-də balıq almaq üçün piştaxtaya yaxınlaşdım. Piştaxtanın qarşısında olan zaman zərərçəkmiş Samirə mənə digər tərəfə keçməyimi söylədi. Mən Samirənin yer olduğunu bildirən zaman aramızda sözlə mübahisə yarandı. Mən təxminən 10-15 dəqiqə sonra yaşadığım evə getmək üçün piyada 3 saylı binanın arxa tərəfində gedən zaman Samirə mənə yaxınlaşaraq bazarda baş verənlərə görə irad bildirdi, bir dəfə şillə ilə məni vurdur. Samirə məni vurduqdan sonra mən də onun sifət nahiyəsinə şillə ilə vurdum”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, noyabrın 1-də, saat təxminən 10 radələrində alış veriş etmək üçün 8-ci kilo metr bazarına gəlib:
“Bazarda bir qədər alış-veriş etdikdən sonra saat təxminən 10:20-də balıq almaq üçün piştaxtaya yaxınlaşdım. Satıcıdan balığın qiymətini soruşduqdan sonra satıcı sellofan verərək özümün seçməyimi dedi. Mən sellofanı götürdükdən sonra yanımda dayanmış İslama yol verməsini bildirdim. Həmin şəxs yol verməyərək digər tərəfdən keçməyimi bildirdi. Yenidən yol verməsini xahiş etdim.
Aramızda sözlə mübahisə yarandı. Təxminən 15 dəqiqə sonra piyada 3 saylı binanın arxa tərəfindən keçən zaman İslamı gördüm, ona yaxınlaşaraq işlətdiyi nalayiq ifadəyə görə irad bildirdim. Əlim ilə onun sifət nahiyəsinə şillə vurdum. Bundan sonra İslam da əli ilə mənim sifət nahiyəmə şillə vurdu”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən İslamın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az