Bu gün Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin baş təmsilçisi Ufuk Turganer “Millennium Turizm, Konqress DMC” şirkətinin ofisini ziyarət edib.
Demokrat.az xəbər verir ki, görüş zamanı təmsilçi Lefke Avrupa Universitetinin dəstəyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin sədri və Millennium Turizm, Konqres DMC şirkətinin prezidenti Ruslan Quliyevin təşəbbüsu ilə yaradılan “Kıbrıs Türk Evi” ilə tanış olub və xatirə dəvtərinə öz arzularını yazıb.
Görüş zamanı iki ölkə arasında turizm, təhsil və digər sahələr üzrə fikir mübadiləsi aparılmış, 2025-ci ildə nəzərdə tutulan tədbirlər planı müzakirə olunmuşdur.
Xanım təmsilçi “Kıbrıs Türk Evi”-nin gələcək fəaliyyətinə uğurlar arzulamış və öz təşəkkürlərini bildirmişdir.
Eyni zamanda vurğulanmışdır ki, bu tip layihələrin həyata keçirilməsi Türk Dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafına əvəzsiz töhfədir.
Görüş zamanı Ruslan Quliyevə baş təmsilçisi Ufuk Turganer tərəfindən xüsusi təşəkkür plaketi təqdim olunub.
Şəbnəm İsmayıl
Demokrat.az