2025-ci ildə manatın məzənnəsi dəyişəcək?

İQTİSADİYYAT 24 sentyabr 2024, 18:28
Son zamanlar ölkədə xarici valyutalara ehtiyac çox artıb. Bazarda tələbatın artması rəsmi statistik göstəricilərdə də əksini tapır. Mərkəzi Bank hələ avqustun son günlərində statistika açıqlayanda vəziyyətin nə yerdə olduğu aşkar görünürdü. Keçən ilin eyni dövrü ilə müqayisədə xarici valyuta satışı 2,2 dəfə artıb. Təkcə avqustu müqayisə edəndə aylıq göstəricinin 44 faiz artması diqqət çəkirdi. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlma verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda valyutaya tələbatın artmasının bir çox səbəbləri var:

“Əsas səbəb, tətil mövsümü başlayanda Azərbaycanda heç nə istehsal olunmur deyə tətil mövsümündən öncə iyul, avqust aylarında valyutaya tələbat kəskin artır ki, ölkəyə dəftər-qələmdən tutmuş, geyimə qədər bir çox şeylər gətirilsin. Çünki ölkədə 2 milyona yaxın şagird və tələbə var. Onların məktəbə hazırlığı prosesləri var. Bu əlavə valyuta tələb edən bir sahədir. Digər səbəb odur ki, devalvasiya ilə bağlı şayiələr son zamanlar çoxalıb. Bu gözləntilər artdıqca insanların əlində olan manatı valyutaya çevirmək həvəsi də, istəyi də artır. Bu da valyutaya tələbin artmasına səbəb olub. O ki qaldı, devalvasiyaya Azərbaycanda məzənnə inzibati olduğu üçün qərar da inzibati qaydada veriləcək. Nə zaman veriləcəyi bilinmir, biz bunu bilə-bilmərik. Amma bu inzibati qərarla manatın məzənnəsinin dəyişdirilməsi mümkündür bu il olmasa da gələn il artıq bu addımın atılması kifayət qədər yüksəlir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top