Noyabrdan etibarən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib ki, yeni qiymət siyasətinə əsasən bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər. Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tətbiq etdiyi loyallıq proqramında şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaranacaq, gedişlər üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, dünyanın əksər ölkələrində insanlar şəhərlərarası səfərlərdə qatar nəqliyyatına üstünlük verirlər:
“Qatar dəmir yolları ilə hərəkət etdiyi üçün tıxac probemi olmur. Uzun məsafələrə daha rahat səfər etmək imkanı olur, yolda yatmaq, dincəlmək mümkün olur. Azərbaycanda vaxtilə çox inkişaf etmiş dəmir yolu şəbəkəsi olub. Lakin bir müddət durğunluq dövrü yaşandı, qatarlar, dəmir yolu şəbəkəsi yenilənmədi. İndi isə müasir qatarlar gətirilib, relslər yenilənib. Buna baxmayaraq hələ də bəzi çatışmazlıqlar var. Yaxşı olardı ki, Lənkəran, Astara istiqamətinə də dəmir yolu nəqliyyatı bərpa olunsun. “ADY Mobile” tətbiqinin istifadəyə verilməsini müsbət dəyərləndirirəm. İnsanlar güzəştlərə, müxtəlif endirimlərə, büdcəyə qənaət edən təkliflərə maraq göstərirlər. Düşünürəm ki, bu kimi sərfəli təkliflər qatarla səyahətlərin sayını artıracaq. Amma tətbiqin funksionallığı üstün səviyyədə olmalıdır ki, istifadəsi asan olsun”
Törə Zeynallı
Demokrat.az