"Lada" qiymətinə "Ferrari" satılır— FOTOLAR

AVTO 24 sentyabr 2024, 16:33

Avtomobillərin yüksək detallılığa malik kiçikmiqyaslı modelləri ilə tanınan Britaniyanın "Amalgam" şirkəti "Ferrari 12Cilindri"nin belə nümunəsini təqdim edib. 

Modern.az xəbər verir ki, model 1:8 miqyasında hazırlanıb və qiyməti 18,2 min dollardan başlayır.

Müqayisə üçün qeyd etmək olar ki, bu məbləğə 2 yeni gerçək "Lada Granta" sedanı, avtomatik transmissiya ilə "orta" konfiqurasiyada "Lada Vesta" sedanı almaq olar.

Şirkət modeli hazırlamağa 3000 saatdan çox vaxt sərf etdiyini bildirib. Hər bir avtomobilin yığılması 300 saatdan çox vaxt aparır. “Oyuncaq Ferrari”nin yaradıcıları oturacaqlardakı tikişlərə qədər eksteryer və interyer üzərində çox təfərrüatlı işləyiblər. Model standart olaraq qırmızı (Rosso Imola) və tünd mavi (Blu Sterling) daxili bəzəklərlə təchiz edilib.

"Amalgam" cəmi 199 "Ferrari 12Cilindri" kupesi və 199 "Rodster" istehsal edəcək. Şirkət modeli fərdiləşdirməklə də dəyişikliklər edə bilər, lakin belə olan halda qiymət 25,5 min dollar olacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top