Sumqayıtda "BYD" istehsal ediləcək — Ehtiyat hissələri də Azərbaycanda hazırlanacaq

AVTO 14 noyabr 2024, 13:04
Bakıda elektrikli avtomobil istehsal ediləcək.

İqtisadiyyat Nazirliyindən Demokrat.az-a verilən məlumata görə Bakıda Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədə əsasən layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalı qurulacaq və ehtiyat hissələri lokallaşdırılacaq. Planın 2030-cu ilə qədər mərhələli şəkildə icrası nəzərdə tutulur.

Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalı layihəsinə yaradılacaq birgə müəssisə tərəfindən təqribən 17.1 mln. ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması, 600 yeni iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 1995-ci ildə yaradılmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 20:37
12 dekabr 2024, 20:13
Top