Mühərrikçi Sadiq Həsənov yeni və köhnə avtomobillərin dözümlülüyünü dəyərləndirib. O, Mercedes və BMW modellərini müqayisə edərək maraqlı açıqlamalar verib.
Usta bildirib ki, BMW-lərin asqı sistemi köhnələrlə müqayisədə qat-qat dözümlüdür. O, bu sahədə Mercedes modelləri ilə bağlı tez-tez problemlər yaşandığını qeyd edib.
"Bugünkü gündə Mercedes-lə BMW-ni müqayisə edəndə asqı sistemi BMW-də Mercedes-dən iki, üç dəfə dözümlüdür".
O, təcrübəsinə əsaslanaraq hər iki markanın yürüş zamanı göstərdiyi dözümlülük fərqini belə izah edib:
"BMW var 200 min gedir, məsələn, heç bir açqı sistemində prablem yaşamayıb, dəyişilməyib. Mercedes olub ki, 50 min, 55 min gedib qabaq çaşqada, məsələn, eyni ildə avtomobildən gedir, 2018-17 ildən gedir. Prablem çıxıb, dəyişmişik.
Mühərrikçi idarəetmə tərzinin bu məsələyə təsir etmədiyini vurğulayaraq problemlərin təsadüfi olmadığını bildirib:
"Sadəcə bir dəfə deyil, dəfələrlə belə hal yaşanıb".


