Fransa BMT-nin nizamnaməsini necə pozur? — VİDEO

DÜNYA 23 sentyabr 2024, 20:25

Fransanın müstəmləkə siyasəti beynəlxalq səviyyədə ifşa olunsa da, Yelisey sarayındakılar hələ də öz ampluasındadır.

BMT Nizamnaməsini pozan Fransa uzun illərdir ki, Martinik xalqının öz müqəddəratını təyin etmə hüququnu tanımır. Bu ölkə həmin xalqın müstəqillik və ya geniş daxili özünüidarə hüququnu əlindən almaqla oradakı qeyri-qanuni fəaliyyətini daha da gücləndirir. Fransa hökuməti Martiniki məcbur edir ki, ticarəti yalnız Fransa ilə aparsın, digər ərazilərlə iqtisadi əlaqələr saxlamasın.

Bu da adada hədsiz qiymət artımına səbəb olur və oradakı böyük ticarət şəbəkələri etnik fransızlara mənsub olduğundan onlar yüksək gəlir əldə edir, yerli əhali isə əziyyət çəkir. Beləliklə, iqtisadi və sosial ədalətsizliklər artır. Hüquqları pozulmuş belə xalqların mövcud vəziyyətinə nə qədər diqqət çəkilsə də, ədalətli nəticələr əldə etmək bir o qədər çətindir.

Politoloq İlqar Vəlizadə bunun səbəbini belə izah edir:

"Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və bu cür qərarları, təşəbbüsləri demək olar ki, blok edir. Əlbəttə ki, bütün bunların fonunda Qoşulmama Hərəkatı çərçivəsində yaranan platformalar, xüsusilə də Bakı platforması həmin xalqlara imkanlar yaradır ki, öz səslərini Fransanın siyasətinə qarşı ucaltsınlar".

Fransa eyni zamanda digər ölkələrə təzyiqlər göstərməyə çalışır ki, bu xalqların ucalan səsi eşidilməsin. Fransa hökuməti tərəfindən Martinikə ayrılan subsidiyaların əksəriyyəti həmin əraziyə məqsədli şəkildə köçürülmüş ağdərili fransızlara verilir. Adanın sahiblərinə qarşı diskriminasiya siyasəti yürüdərək, onları iqtisadi yardımlardan məhrum edirlər. Bir sözlə, Fransa müstəmləkə altında olan xalqların problemlərini zorakı üsullarla həll etməyə üstünlük verir. Martinik xalqının iqtisadi və sosial ədalət haqları da repressiyaya məruz qalır.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top