"O kimdir ki, biz onunla görüşək?!" — Partiya sədri Paşinyanın Azərbaycana gəlməsini istəmir

GÜNDƏM 23 sentyabr 2024, 21:10
Xəbər verdiyimiz kimi, noyabr ayında on minlərlə xarici qonaq COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan da daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə vurğulayıb ki, Emənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib.

Məsələyə "Ağ Partiya"nın sədri Tural Abbaslının münasibətini öyrəndik. T.Abbaslı Demokrat.az-a açıqlamasında qeyd etdi ki, Paşinyanın COP29 ilə bağlı Azərbaycana gəlişi gözlənilir:

"Bəzi beynəlxalq tədbirlər keçirilən zaman ev sahibliyi edən ölkə bütün ölkələrə iştirak üçün bərabər şərait yaratmalıdır. Bəzi ölkələrə xüsusi təhlükəsizlik təminatları da verməlidir. Ermənistan da Azərbaycan üçün bu tip ölkələrdəndir. Amma şəxsən mənə qalsa, fikrimcə əli günahsız azərbaycanlıların qanına batmış caninin Azərbaycana gəlməsini istəmərəm. Bizdən asılı olmayan bu və ya digər səbəblərdən gəlsə belə heç vaxt onunla görüşmərəm. O kimdir ki, biz onunla görüşək?!"

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top