Ərdoğan Harrislə görüşəcək — Nələr müzakirə olunacaq?

GÜNDƏM 23 sentyabr 2024, 17:32
ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk evini ziyarət edərkən Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yarandığını deyib. O bildirib ki, Azərbaycan və Ermənistanla birlikdə regionda daimi sülh və sabitlik yarana bilər. Ərdoğan söyləyib ki, Türkiyə Balkanlardakı konstruktiv mövqeyi və Yaxın Şərqdəki diplomatik həmlələri ilə fərqli bölgələrdəki təsir imkanlarını artırır.

Politoloq Ramiyə Məmmədova Ərdoğanın açıqlamasını Demokrat.az-a şərh edərkən qeyd edib ki, Türkiyə Prezidentinin ABŞ-yə səfəri bir çox məqamlarla yadda qalacaq:



“Prezident seçkiləri ərəfəsində ABŞ-də prezidentliyə namizədlərlə görüşlər nəzərdə tutulurdu. Rəcəb Tayyib Ərdoğan Kamala Harrislə görüşmək niyyətində olduğunu bildirib. Harrisin ABŞ prezident seçkilərinsdə qalib gələcəyinə dair inam daha böyükdür. Ərdoğan Harrislə Türkiyədə və regionda baş verən hadisələri müzakirə edə bilər. 

Ermənistanla Azərbaycan arasında müharibədən sonra sülhün əldə olunması mümkündür, lakin Ermənistanın havadarlarıın prosesə müdaxiləsi məsələni uzadır. Türkiyə Prezidentinin də dediyi kimi bu gün regionda sülhün əldə olunmasına zəmin var, amma ABŞ və Qərbin Cənubi Qafqazda yeni müharibə ocaqları yaratmağa çalışması bunun qarşısını kəsir. Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq edirlər. ABŞ və Qərb regionda təsir güclərini artırmaq, burada yerləşmək üçün mövcud vəziyyəti gərginləşdirirlər. Ərdoğan bu məsələləri Kamala Harrisin diqqətinə çatdırmaqla hazırkı siyasət xəttində dəyişiklik edilməsinə nail ola bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top