Yevlaxda hərbçilərin olduğu avtomobil qəzaya düşdü

HADİSƏ 23 sentyabr 2024, 21:50

Yevlaxda içərisində hərbiçilərin olduğu minik avtomobili idarəetmədən çıxaraq məktəbin həyətinə düşüb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Xaldan qəsəbəsində, orta məktəbin qarşısında baş verib.

Önünə qəfil çıxan maşından yayınmaq istəyən "Opel" idarəetmədən çıxaraq məktəbin dəmir hasarına çırpılıb və təhsil ocağının həyətinə düşüb.

Xoşbəxtlikdən maşında olan hərbçilər xəsarət almayıblar.

Amma təxminən 10 metrlik dəmir hasar və qəzaya uğrayan avtomobil ciddi zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top