Bakıda güclü yanğın — VİDEO (YENİLƏNDİ)

HADİSƏ 23 sentyabr 2024, 11:40
FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Demokrat.az nazirliyə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

*** 11:23

Xocasən qəsəbəsində güclü yanğın başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top