Metroda yenidən problem yarandı — VİDEO

HADİSƏ 23 sentyabr 2024, 13:05
Bakıda metroda problem yaranıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Metropolitenin mətbuat xidmətindən bildirilib.

"Neftçilər-Qara Qarayev" mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub. Maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb.

Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamlar aparılıb. Nasazlıq olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib.

Xatırladaq ki, analoji hadisə bu gün də baş vermişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top