Qəzzada ölənlərin sayı yenidən artdı

DÜNYA 23 sentyabr 2024, 18:01
İsrailin Qəzza zolağına təşkil etdiyi intensiv hücumlarda ölənlərin sayı ən az 41 min 455-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib. Məlunata görə, son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 24 fələstinlinin həyatını itirdiyi, 60 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin ümumi sayının 41 min 455-ə, yaralıların sayının isə 95 min 878-ə yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top