"Vaqner"çi Rusiyada şəhər parlamentinə sədr təyin edilib

DÜNYA 23 sentyabr 2024, 16:55
"Vaqner" özəl hərbi şirkətinin keçmiş döyüşçüsü Mixail Ostryanski Perm vilayətindəki Krasnovişerski şəhər dairəsinin dumasına rəhbərlik edir.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Vaqner"çinin parlament rəhbəri təyin edilməsi barədə Mülki Müdafiə rəisi Yevgeni Vereşşaqin bildirib.

Dumanın deputatı və spikeri seçilən Ostryanski əvvəllər Krasnovişerski rayonunun mənzil-kommunal təsərrüfatına rəhbərlik edib.

Qeyd edək ki, M.Ostryanski 2022-ci ildə "Vaqner"lə müqavilə imzalayıb və müddəti üç ay olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top