Fransanın yeni hökumətində iki erməni nazir var

DÜNYA 23 sentyabr 2024, 10:28
Fransanın yeni hökumətinin tərkibi açıqlanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Mişel Barnye tərəfindən qurulan yeni Fransa hökuməti şənbə günü axşam elan edilib.

39 nəfərdən ibarət sağ təmayüllü komandada iki erməni əsilli nazir də var.

Astrid Panosyan-Buve əmək və məşğulluq naziri, Giyom Kasparyan isə dövlət qulluğu işləri, ictimai fəaliyyətin sadələşdirilməsi və transformasiyası naziri təyin edilib.

Astrid Panosyan Fransanın Ticarət Məktəbinin və Paris Siyasi Araşdırmalar İnstitutunun məzunudur. Erməni əsilli fransız qadın Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Panosyan Fransanın iri sığorta şirkəti Groupama-nın baş katibi olub. 2015-ci ildən "Unibail-Rodamco" Fransa-Hollandiya daşınmaz əmlak şirkətinin baş direktorudur.

Giyom Kasparyan Marseldə anadan olub. O, ESSEC Biznes Məktəbinin məzunudur və müxtəlif konsaltinq firmalarında məsləhətçi kimi çalışıb. O, 2016-cı ildə Emmanuel Makronun seçki kampaniyasını dəstəkləmək üçün siyasətə qədəm qoyub. Kasparyan 2017 və 2022-ci illərdə Fransa Milli Assambleyasının deputatı seçilib. O, parlamentin İqtisadi məsələlər komitəsinə rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top