Gəncə Dövlət Filarmoniyasında “Ruhun qidası” adlı konsert — FOTOLAR

MƏDƏNİYYƏT 24 sentyabr 2024, 17:35

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ruhun qidası” adlı konsert proqramı baş tutub.

Demokrat.az xəbər verir ki, konsertdə gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər. 

Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Cəngi, Şur muğamı, Sevda İbrahimovanın “Məhəbbət işığı” pyesi, Bethovenin sonatası, Bela Bartokun “6 Rumın rəqsi”,  Tural Məmmədlinin “Tənha yolçu”, Dadaş Dadaşovun “Mədinənin sehrli kamanı” əsərləri səsləndirilib.

 








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top