Elman Nəsirov: “ Prezident çıxışı zamanı strateji və tarixi əhəmiyyətli nailiyyətlərə imza atdığımıza diqqət yetirdi”

SİYASƏT 24 sentyabr 2024, 16:00
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev VII-ci çağırış parlamentinin ilk iclasında iştirak etdi və proqram xarakterli bir çıxış etdi. Cənab Prezident ilk növbədə, bu müddət ərzində strateji və tarixi əhəmiyyətli nailiyyətlərə imza atdığımıza diqqət yetirdi”.

Demokrat.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, cənab Prezident çıxışı zamanı qeyd etdi ki,  biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik:

“Ərazi bütövlüyümüz 2020-ci ilin noyabr ayında  təmin edildi. Bundan sonra 2023-cü ilin sentyabr ayında 1 sutkalıq antiterror əməliyyatları keçirdik və suverenliyimiz tam qəti təmin edildi. Artıq bu gün biz fəxr və qürur hissi ilə qeyd edə bilərik ki, bütün ərazilərimiz  üzərində biz suverenliyimizi təmin etmişik və bununla da biz beynəlxalq hüququn keşiyində dayanmışıq və tarixi ədaləti bərpa etmişik. Həm də  dünya ölkələri üçün hansı ölkələr ki, əraziləri işğal altındadır biz onlara bir nümunə olduq. Biz öz azadlıq mübarizəmizi sona qədər apardıq. Eyni zamanda, cənab Prezident qeyd etdi ki,  biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, bizim qarşımızda yeni hədəflər, naliyyətlər, vəzifələr dayanıb. İlk növbədə biz hərbi baxımdan güclü olmalıyıq. Biz tarixi zəfərimizi gücümüz hesabına əldə etdik. Bundan sonra da biz güclənməliyik. Prezident onu da vurğuladı ki, biz bu addımları ona görə atırıq ki, Ermənistan siyasi rəhbərliyi bir yandan sülhdən danışsa da, digər tərəfdən də ciddi şəkildə silahlanmaqdadır. İkinci mühüm vəzifə kimi isə hərbi sənaye kompleksimizin daha da möhkəmləndirilməsi vəzifəsini qoydu. Biz yeni və müasir silahlar əldə edirik. Amma özümüzün hərbi sənaye kompleksimiz daha da inkişaf etməlidir. Bu gün dünya silah bazarında boşluqlar var. Bu boşluqdan istifadə edib, yaxşı gəlir əldə edə bilərik. Cənab Prezident həmçinin Qarabağın və Şərqi Zəngəzur bərpası ilə bağlı məsələlərə diqqət çəkdi. Çünki bu istiqamət bizim üçün prioritet istiqamətdir. Bütün gücümüzü sərf edib bu strateji vəzifənin öhdəsindən də gəlməliyik. O ki qaldı, Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılmasına, bu məsələdə bizim mövqeyimiz dəyişməzdir. Ermənistan konsitutusiyasında dəyişiklik etsin. Yalnız bundan sonra sülh danışıqlarında konkret nəticə əldə etmək olar. Bizə yarımçıq sülh lazım deyil. Bu gələcək üçün problemlər deməkdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2024, 17:23
Top