Hikmət Hacıyev Rusiya XİN-də görüş keçirdi

SİYASƏT 24 sentyabr 2024, 14:36
Bakı və Moskva həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda xarici siyasi koordinasiyanı daha da gücləndirməyi hədəfləyib.

Demokrat.az Rusiya XİN-ə istinadla xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə müzakirə olunub.

Ətraflı söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. 

Eyni zamanda, Moskva və Bakının həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda sıx xarici siyasi koordinasiyanı davam etdirməyə hazır olduğu təsdiqlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top