Bank “dollarımız bitib” deyir: Nə baş verir?

GÜNDƏM 19 sentyabr 2024, 19:30
Bəzi müştərilər dollar almaq istəyəndə, banklardan bu tip cavab eşidirlər: “Bankda dollar bitib”, “Sizdən əvvəl gələn müştəri böyük məbləğdə dollar aldığı üçün bitib” və s. Bu zaman belə təəssürat yaranır ki, bank dollar satmaq istəmədiyi üçün bu cür cavab verir. Ümumiyyətlə, banklarda dollar bitirmi?

Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, hansısa bankın filialında, şöbəsində dollar yoxdursa, bu, normal hadisədir:

“Çünki bankların valyuta dəyişmə məntəqələri də X-dən alıb, Y-ə satırlar. Yəni digər müştəri gətirib dollar satmasa, bankda dollar problemi yarana bilər. Eyni zamanda bütün banklarda dolların olmaması suallar yarada bilər. Amma ümumi şəkildə hazırda ölkədə dollar qıtlığı müşahidə olunmur. Konkret müştərilər bəzi bank filiallarında bu problemlə rastlaşıblarsa, bunu ümumiləşdirmək doğru olmaz”. vakansiyala

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top