"Şəhidlərlə bağlı məlumatların "Vikipediya"dan silinməsi təxribatdır" — ATXƏM sədri

GÜNDƏM 15 sentyabr 2024, 13:39
"Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizın adları şanlı tariximizə əbədi yazılıb. Bu gün  milliyəti, kökü bilinməyən, mənliyini, şəxsiyyətini çirkin bir məqsəd uğrunda pula satmış bəzi nadanlar şəhidlərimizə qarşı etdikləri bu hərəkətə görə  ədalət məhkəməsi qarşısında cavab verməli və layiqincə cəzalanmalıdırlar"

Demokrat.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib.

O qeyd edib ki, şəhidlərlə bağlı məlumatların "Vikipediya"dan silinməsi artıq bir təxribatdır:

"Çox güman ki, bu məxluqlar ölkəmizdən kənarda öz bədxah, çirkin əməllərini törətmişlər. 

Artıq bir neçə gündür "Vikipediya"da şəhidlərimizin məqalələrini silənlər və sildirənlər - Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə bütün ictimaiyyət tərəfindən tanınmalı və ifşa olunmalıdırlar. Haqq, ədalət öz yerini tapmalıdır. Şəhidlərimiz hər zaman qəlbimizdədir!"

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 18:27
Top