“20 Yanvar” metrosunun yaxınlığında yanğın —Tıxac yarandı

HADİSƏ 18 sentyabr 2024, 20:47
Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığında ağaclıq sahədə yanğın başlayıb.

Bu barədə görüntülər Baku.ws-in "qaynar xətt"inə daxil olub.

Yanğın metrodan "Dərnəgül" istiqamətinə dönən hissədəki ağaclıqda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürənləri cəlb olunublar və yanğın qısa zamanda söndürülüb. 

Xəsarət alan olmayıb, lakin ərazidə tıxac yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top