Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək — PROQRAM

MƏDƏNİYYƏT 18 sentyabr 2024, 19:00
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.

Festivalın proqramını təqdim edirik:

18-22 sentyabr - Azərbaycan Milli Konservatoriyası:

- UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) Simpoziumu“Qədim mirasın əks sədaları: Türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adı altında müzakirə və panellər

18-28 sentyabr - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi

18 sentyabr, saat 10:30 - Azərbaycan Milli Konservatoriyası: 

- Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir

18 sentyabr, saat 12:00 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası:

- “Musiqi Günü”nə həsr olunmuş tədbir İştirak edirlər: Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri Azərbaycan Dövlət Xor Kapellası

18 sentyabr, saat 14:00 - Üzeyir Hacıbəylinin Ev Muzeyi:

- Üzeyir Hacıbəyliyə həsr olunmuş ədəbi-musiqili tədbir

18 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılışı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor: Fuad İbrahimov
Azərbaycan Dövlət Xor Kapellası
Bədii rəhbər və baş dirijor: Gülbacı İmanova
Solistlər: Ülviyyə Hacıbəyova (piano)-Ramil Qasımov (tenor)
İnarə Babayeva (soprano)-Mahir Tağızadə (bariton)

19 sentyabr, saat 16:00 - Şuşa, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı:

- Kamera musiqisi axşamı
“Ros Unicus” dueti (Avstriya/ Azərbaycan)
Fərid Feyzullayev (violin)
Jalə Rəsulova (piano)

19 sentyabr, saat 19:00 - Gəncə Dövlət Filarmoniyası: 

- “Universum” dueti (Rusiya)
Daniil Kirillov (piano)
Anna Rasina (piano) 

20 sentyabr, saat 11:00 - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası: 

- LES ESSENCES (Almaniya)
Ustad dərsi

20 sentyabr, saat 15:00 - Xəzər Universitetinin Fikrət Əmirov konfrans-konsert mərkəzi:

- Xəzər Universitetinin Kamera Orkestri
Bədii rəhbər: Zülfiyyə Sadıqova
Dirijor: Meri Çeminava

20 sentyabr, saat 19:00 - Lənkəran Dövlət Universitetində görüş-konsert:

- LES ESSENCES (Almaniya) 

20 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Bədii rəhbər və baş dirijor: Fəxrəddin Kərimov
Solistlər:
Ciotsna Şrikant (violin, Hindistan)
Şadrak Solomon (piano, Hindistan)

21 sentyabr, saat 16:00 - Şuşa, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı:

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının nümayişi

21 sentyabr, saat 18:00 - Qəbələ Mədəniyyət Mərkəzi:

- Bakı Kamera Orkestri
Dirijor: Fuad İbrahimov
Solistlər: Yeganə Axundova (piano)-Gülnaz İsmayılova (soprano)
Nəzrin Aslanlı (violin)-Əli Muradov (baritonal tenor)

21 sentyabr, saat 19:00 - Beynəlxalq Muğam Mərkəzi:

- LES ESSENCES (Almaniya)
Azərbaycanın tanınmış bəstəkarı, violin ifaçısı, Əməkdar artist
Fərhəng Hüseynovun 75 illik yubileyinə həsr olunmuş konsert

22 sentyabr, saat 15:00 - Şəmkir Alman Lüteran Kilsəsi:

- Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu
Xormeyster: Naala Baratelia

22 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Yalçın Adıgözəlov
Kavatina Kvarteti (Koreya)
Solistlər:
Hyojin Ellen Kim (violin, ABŞ)
Nora Romanoff Şvartsberq (viola, Avstriya)

23 sentyabr, saat 17:00 - Baku Book Center:

- Görkəmli pianoçu və pedaqoq Elmira Səfərovanın
90 illiyinə həsr olunmuş xatirə axşamı

23 sentyabr, saat 18:00 - Gəncə Dövlət Filarmoniyası:

- “Ruhun qidası” adlı konsert
Mədinə Şahgəldiyeva (kamança)
Nərmin Rzayeva (piano)

23 sentyabr, saat 19:00 - Naxçıvan, Heydər Əliyev Sarayı:

- Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti
Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert
Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri
Bədii rəhbər və dirijor: Cahangir Qurbanov
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı
Bədii rəhbər: Zeynalabdin Babayev

23 sentyabr, saat 19:00 - Kamera və Orqan Musiqisi Zalı:

- Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri
Bədii rəhbər və baş dirijor: Mustafa Aşurov

23 sentyabr, saat 20:00 - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:

- “Dyagilev – zaman(lar) aşırımında” layihəsi
Xoreoqraf: Vladimir Varnava
Səhnə konsepti: Georg Blüml
Rəqqaslar: Vladimir Varnava, Diana Mukhamedshina
İşıq dizaynı: Kori D. Kascio
Çıxış edir: Ansambl 2012

24 sentyabr, saat 12:00 - Azərbaycan Bəstəkarlar İttifaqı:

- “Üzeyir Hacıbəyli – akademik” mövzusunda Elmi Konfrans

24 sentyabr, saat 15:00 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası: 

- Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbələrinin konserti

24 sentyabr, saat 17:00 - Gəncə Dövlət Filarmoniyası:

- Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri
Bədii rəhbər və baş dirijor: Rafael Bayramov 

24 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru
Dirijor: Miguel Kampos Neto (Braziliya)
Solistlər: Fərid Əliyev (tenor)-İlahə Əfəndiyeva (soprano)

25 sentyabr, saat 15:00 - Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Konsert Salonu:

- Kamera-instrumental musiqisindən ibarət konsert

25 sentyabr, saat 19:00 - Kamera və Orqan Musiqisi Zalı:

- “Detaşe” violinoçular ansamblı
Bədii rəhbər: Zəhra Quliyeva
Konsertmeyster - Səbinə Muradova

26 sentyabr, saat 19:00 - Beynəlxalq Muğam Mərkəzi:

- Cadenza Orkestri
Bədii rəhbər: Türkər Qasımzadə
Dirijor: Mercedes Garcia Diaz (İspaniya)

28 sentyabr, saat 17:00 - Kamera və Orqan Musiqisi Zalı: 

- Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən
Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq
Müsabiqəsinin yekun konserti

28 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Əyyub Quliyev
Solistlər:
Dmitri Sitkovetski (violin, Böyük Britaniya)
Murad Adıgözəl-zadə (piano)-Elvin Hoca Qəniyev (violin)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top