Mədəniyyət

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək — PROQRAM

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək — PROQRAM

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.

Festivalın proqramını təqdim edirik:

18-22 sentyabr - Azərbaycan Milli Konservatoriyası:

- UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) Simpoziumu“Qədim mirasın əks sədaları: Türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” adı altında müzakirə və panellər

18-28 sentyabr - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi

18 sentyabr, saat 10:30 - Azərbaycan Milli Konservatoriyası:

- Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir

18 sentyabr, saat 12:00 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası:

- “Musiqi Günü”nə həsr olunmuş tədbir İştirak edirlər: Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri Azərbaycan Dövlət Xor Kapellası

18 sentyabr, saat 14:00 - Üzeyir Hacıbəylinin Ev Muzeyi:

- Üzeyir Hacıbəyliyə həsr olunmuş ədəbi-musiqili tədbir

18 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılışı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor: Fuad İbrahimov Azərbaycan Dövlət Xor Kapellası Bədii rəhbər və baş dirijor: Gülbacı İmanova Solistlər: Ülviyyə Hacıbəyova (piano)-Ramil Qasımov (tenor) İnarə Babayeva (soprano)-Mahir Tağızadə (bariton)

19 sentyabr, saat 16:00 - Şuşa, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı:

- Kamera musiqisi axşamı “Ros Unicus” dueti (Avstriya/ Azərbaycan) Fərid Feyzullayev (violin) Jalə Rəsulova (piano)

19 sentyabr, saat 19:00 - Gəncə Dövlət Filarmoniyası:

- “Universum” dueti (Rusiya) Daniil Kirillov (piano) Anna Rasina (piano)

20 sentyabr, saat 11:00 - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası:

- LES ESSENCES (Almaniya) Ustad dərsi

20 sentyabr, saat 15:00 - Xəzər Universitetinin Fikrət Əmirov konfrans-konsert mərkəzi:

- Xəzər Universitetinin Kamera Orkestri Bədii rəhbər: Zülfiyyə Sadıqova Dirijor: Meri Çeminava

20 sentyabr, saat 19:00 - Lənkəran Dövlət Universitetində görüş-konsert:

- LES ESSENCES (Almaniya)

20 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bədii rəhbər və baş dirijor: Fəxrəddin Kərimov Solistlər: Ciotsna Şrikant (violin, Hindistan) Şadrak Solomon (piano, Hindistan)

21 sentyabr, saat 16:00 - Şuşa, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı:

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının nümayişi

21 sentyabr, saat 18:00 - Qəbələ Mədəniyyət Mərkəzi:

- Bakı Kamera Orkestri Dirijor: Fuad İbrahimov Solistlər: Yeganə Axundova (piano)-Gülnaz İsmayılova (soprano) Nəzrin Aslanlı (violin)-Əli Muradov (baritonal tenor)

21 sentyabr, saat 19:00 - Beynəlxalq Muğam Mərkəzi:

- LES ESSENCES (Almaniya) Azərbaycanın tanınmış bəstəkarı, violin ifaçısı, Əməkdar artist Fərhəng Hüseynovun 75 illik yubileyinə həsr olunmuş konsert

22 sentyabr, saat 15:00 - Şəmkir Alman Lüteran Kilsəsi:

- Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu Xormeyster: Naala Baratelia

22 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Yalçın Adıgözəlov Kavatina Kvarteti (Koreya) Solistlər: Hyojin Ellen Kim (violin, ABŞ) Nora Romanoff Şvartsberq (viola, Avstriya)

23 sentyabr, saat 17:00 - Baku Book Center:

- Görkəmli pianoçu və pedaqoq Elmira Səfərovanın 90 illiyinə həsr olunmuş xatirə axşamı

23 sentyabr, saat 18:00 - Gəncə Dövlət Filarmoniyası:

- “Ruhun qidası” adlı konsert Mədinə Şahgəldiyeva (kamança) Nərmin Rzayeva (piano)

23 sentyabr, saat 19:00 - Naxçıvan, Heydər Əliyev Sarayı:

- Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş konsert Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Bədii rəhbər və dirijor: Cahangir Qurbanov Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Bədii rəhbər: Zeynalabdin Babayev

23 sentyabr, saat 19:00 - Kamera və Orqan Musiqisi Zalı:

- Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Bədii rəhbər və baş dirijor: Mustafa Aşurov

23 sentyabr, saat 20:00 - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:

- “Dyagilev – zaman(lar) aşırımında” layihəsi Xoreoqraf: Vladimir Varnava Səhnə konsepti: Georg Blüml Rəqqaslar: Vladimir Varnava, Diana Mukhamedshina İşıq dizaynı: Kori D. Kascio Çıxış edir: Ansambl 2012

24 sentyabr, saat 12:00 - Azərbaycan Bəstəkarlar İttifaqı:

- “Üzeyir Hacıbəyli – akademik” mövzusunda Elmi Konfrans

24 sentyabr, saat 15:00 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası:

- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti

24 sentyabr, saat 17:00 - Gəncə Dövlət Filarmoniyası:

- Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri Bədii rəhbər və baş dirijor: Rafael Bayramov

24 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru Dirijor: Miguel Kampos Neto (Braziliya) Solistlər: Fərid Əliyev (tenor)-İlahə Əfəndiyeva (soprano)

25 sentyabr, saat 15:00 - Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Konsert Salonu:

- Kamera-instrumental musiqisindən ibarət konsert

25 sentyabr, saat 19:00 - Kamera və Orqan Musiqisi Zalı:

- “Detaşe” violinoçular ansamblı Bədii rəhbər: Zəhra Quliyeva Konsertmeyster - Səbinə Muradova

26 sentyabr, saat 19:00 - Beynəlxalq Muğam Mərkəzi:

- Cadenza Orkestri Bədii rəhbər: Türkər Qasımzadə Dirijor: Mercedes Garcia Diaz (İspaniya)

28 sentyabr, saat 17:00 - Kamera və Orqan Musiqisi Zalı:

- Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti

28 sentyabr, saat 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyası:

- Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Əyyub Quliyev Solistlər: Dmitri Sitkovetski (violin, Böyük Britaniya) Murad Adıgözəl-zadə (piano)-Elvin Hoca Qəniyev (violin)

NE
Nihadə Eyyubova